satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanla Əsədin mümkün görüşünün detalları açıqlanıb

Ərdoğanla Əsədin mümkün görüşünün detalları açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin mümkün görüşünün detalları açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, liderlər avqustun əvvəlində Rusiyanın paytaxtı Moskvada bir araya gələ bilərlər. Sözügedən görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcəyi gözlənilir.

Bundan başqa, ölkə liderlərinin İraqın paytaxtı Bağdadda və Türkiyə-Suriya sərhədindəki Kasep qapısında da görüşə biləcəkləri mümkün versiyalar sırasındadır.

Qeyd edək ki, iyulun 24-də V.Putin B.Əsədlə görüşü baş tutub. Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşü olub.

Məlumata görə, R.T.Ərdoğan Suriya ilə münasibətlərin normallaşması üçün detalların müəyyənləşdirilməsini H.Fidana tapşırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM