satellite   Azerspace-1: 11135 H 30000

Liviya 700-dən çox miqrantı Nigerə və Misirə deportasiya edib

Liviya 700-dən çox miqrantı Nigerə və Misirə deportasiya edib

Liviyanın Qeyri-qanuni Miqrasiyaya Nəzarət Departamenti 700-dən çox qeyri-qanuni miqrantı öz ölkələrinə - Niger və Misirə deportasiya edib.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, bu barədə departamentin təhlükəsizlik məsələləri bölməsi açıqlama yayıb. Bildirilib ki, Liviyadan miqrantların deportasiyası davam edəcək.

Xatırladaq ki, ölkənin daxili işlər naziri Emad əl-Tarabelsinin iyulun əvvəlində yaydığı məlumata görə, Liviyada olan xarici vətəndaşların sayı 2,5 milyondur və onların əksəriyyəti Liviya sərhədlərini giriş vizası olmadan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM