satellite   Azerspace-1: 11135 H 30000

Paris metrosunda Olimpiya Oyunlarına qarşı stikerlər yapışdıran fəallar saxlanılıb

Paris metrosunda Olimpiya Oyunlarına qarşı stikerlər yapışdıran fəallar saxlanılıb

Fransada ətraf mühit fəalları Olimpiya Oyunlarına qarşı stikerlər yapışdırdıqlarına görə nəzarətə götürülüblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Bildirilib ki, Paris metrosunda iyulun 23-də “Extinction Rébellion” hərəkatının 8 üzvü həbs edilib.

Məlumata görə, stikerlərdə “Olimpiada əyləncəli deyil” və “Parisdə sosial təmizləmə: 12,500 nəfərin çıxarılması” və s. kimi ifadələr yazılıb.

Qeyd edilib ki, fəallar dəmir yolu avadanlıqlarına ziyan vurmaqda təqsirləndirilib. Onları 750 avroya qədər cərimə gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM