satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir - FOTOLAR

Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir<font color=red> - FOTOLAR</font> Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir<font color=red> - FOTOLAR</font> Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir<font color=red> - FOTOLAR</font>

Türkiyənin Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün 10 illiyi münasibətilə "İradə bizim, zəfər bizim" adlı tədbir keçirilib.

NTV xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəhid olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu gün Türkiyə Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı üzvlərinin hakimiyyəti ələ keçirmə cəhdinin qarşısının alınmasının 10-cu ildönümünü qeyd edir. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Bu hadisədə 251 şəhid verən Türkiyə Respublikasının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyiblər. Dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb.

Vurğulanıb ki, 15 İyul gecəsi qardaş Azərbaycan öz dəstəyini yüksək şəkildə nümayiş etdirib, bu xəyanəti qınayıb və Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə birgə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.

Sonra 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən bəhs edən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Xəzər Hüseynov iki qardaş ölkənin müxtəlif illərdə eyni tale yaşadığını, lakin xalqlarımızın mətanəti sayəsində dövlət çevrilişi cəhdlərinin qarşısının qətiyyətlə alındığını deyib.

Qeyd olunub ki, demokratik, suveren, müstəqil ölkələrimiz bütün sahələr üzrə inkişaf edir. Möhkəm təməllər üzərində qurulan Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksələrək hər il daha da möhkəmlənir.

Sonra Türkiyənin Demokratiya və Milli Birlik Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Sonda sərgiyə baxış olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM