İyulun 15-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilir.
NTV xəbər verir ki, biznes forum Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə hər iki ölkədən rəsmilər və müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edirlər.
