İyulun 15-i səhəri Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Hücum nəticəsində ölənlər və yaralananlar var, həmçinin yaşayış binalarına ziyan dəyib.
NTV bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Lısaka istinadla xəbər verir.
Onun sözlərinə görə, Rusiya ordusu şəhərə yenidən hücum edib. Hazırda raket zərbəsi nəticəsində üç nəfərin öldüyü məlumdur, daha üç sakin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və həkimlər onların vəziyyətini orta qiymətləndirirlər.
Qeyd olunub ki, səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Qara dənizdə Odessaya doğru irəliləyən yüksəksürətli hədəflər barədə xəbərdarlıq edib.
Bir neçə dəqiqə sonra hərbçilər raketlərin şəhərə doğru uçduğunu təsdiqləyiblər.
Xatırladaq ki, 14 iyul axşamı da Rusiya qüvvələri Odessaya hücum edib, şəhər infrastrukturuna zərbələr endirib və müəssisələrdən birinin ərazisinə ziyan vurub.
