satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İrana qarşı yeddi saat davam edən növbəti hücumu başa çatdırıb

ABŞ İrana qarşı yeddi saat davam edən növbəti hücumu başa çatdırıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və İranın sahil əraziləri yaxınlığında yerləşən onlarla hərbi hədəfə zərbələr endirərək İrana qarşı növbəti hərbi əməliyyatı başa çatdırıb.

NTV xəbər verir ki, bu barədə komandanlığın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ABŞ-nin qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi dəniz qüvvələri yeddi saat davam edən əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatları infrastrukturu, dəniz qüvvələrinə məxsus obyektlər və sahil müdafiə sistemlərinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.

Açıqlamaya əsasən, əməliyyat nəticəsində İranın kommersiya gəmiçiliyinə və mülki heyətə təhdid yaratmaq imkanları daha da zəiflədilib.

“Bu hücumlar ABŞ qüvvələrinin İran limanlarına və sahil ərazilərinə hərəkət edən gəmilərə qarşı dəniz blokadasını bərpa etdiyi gün həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM