satellite   Azerspace-1: 11135 H 30000

Qara dənizdə Rusiyanın 20 gəmisi vurulub

Qara dənizdə Rusiyanın 20 gəmisi vurulub

Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (UPSQ) Rusiya donanmasına qarşı zərbələrinin coğrafiyasını genişləndirib, Azov dənizindən sonra Qara dənizdəki Rusiya gəmilərini hədəfə alıb.

NTV bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdinin “Telegram” kanalında paylaşımına istinadla xəbər verir.

Brovdi Rusiya donanmasına qarşı dəniz əməliyyatının son mərhələsini ümumiləşdirib. Onun sözlərinə görə, Azov dənizindəki ilkin mərhələ artıq başa çatıb və indi növbə Qara dənizindir.

“Azov dənizində Rusiya “kölgə donanmasının” 116 gəmisi ilə bağlı dəniz döyüşünün ilk mərhələsi başa çatıb. İndi növbədə Qara dənizdir. Bu gün 20 gəmi - 17 neft tankeri, iki qaz tankeri və bir yedək gəmisi vurulub. Rəsmi hesabat daha sonra video sübutlarla birlikdə təqdim ediləcək”, -deyə Brovdi yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM