satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub - FOTOLAR

Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub<font color=red> - FOTOLAR</font>

Türkiyənin Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün 10 illiyi münasibətilə "İradə bizim, zəfər bizim" adlı tədbir keçirilib.

NTV xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu hadisədə 251 şəhid verən Türkiyə Respublikasının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyiblər.

"Dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb", - o deyib.

Vurğulanıb ki, 15 İyul gecəsi qardaş Azərbaycan öz dəstəyini yüksək şəkildə nümayiş etdirib, bu xəyanəti qınayıb və Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə birgə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM