satellite   Azerspace-1: 11135 H 30000

“Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub - VİDEO

NTV-nin məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi nəzdində “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. MMC-nin yaradılmasında əsas məqsəd həm mövcud yaşıllıq sahələrinin qorunması, həm də yeni yaşıllıq sahələrinin artırılmasıdır. Hazırda Agentlik tərəfindən işlərə start verilib. 

Belə ki, təhkim olunan sahələrdə aqrotexniki qulluq göstərilir və müxtəlif növ ağac tingləri əkilir. Avtomobil yollarının torpaq sahəsində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası, mühafizəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ümumilikdə 230 hektar ərazidə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM