Abşeronda dekabrın 12-də "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb.
NTV xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidlini elektrik dirəyində cərəyan vurub. Hadisə nəticəsində o ölüb.
Faktla bağlı araşdırma aparılır.
