satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb - FOTOLAR

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb<font color=red> - FOTOLAR</font>

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.

NTV  xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə – 141 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 21 ailə – 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM