satellite   Azerspace-1: 11135 H 30000

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuxda dəfn olunub - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuxda dəfn olunub<font color=red> - FOTOLAR</font>

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mehdiyev Münasib Namaz oğlunun meyitinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən müəyyən olunaraq Samux rayonunun Qovlarsan kəndində ailəsinə təhvil verilib.

NTV-nin  məlumatına görə, vida mərasimindən sonra şəhidin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.

Qeyd edək ki, Münasib Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Həsənriz kəndi istiqamətində itkin düşmüş sayılırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM