satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb

Naxçıvanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Naxçıvan televiziyası xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolun Kəngərli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri; - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM