satellite   Azerspace-1: 11135 H 30000

Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb - FOTOLAR

Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb<font color=red> - FOTOLAR</font> Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb<font color=red> - FOTOLAR</font> Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb<font color=red> - FOTOLAR</font> Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb<font color=red> - FOTOLAR</font> Araz çayı üzərində Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılmış işlərlə tanış olublar.

Naxçıvan televiziyası bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır. Həmsədrlər həmçinin Culfa sərhəd-keçid məntəqəsinə də baş çəkmiş və məntəqənin mövcud şəraiti ilə tanış olublar.

Həmsədrlər, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana baş tutacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.

Baş nazirin müavini 30 illik işğal müddətində ermənilər tərəfindən dağıdılmış və talan edilmiş ərazilər barədə iranlı naziri və nümayəndə heyətini məlumatlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM