satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tarıverdi Zaur oğlu Cəfərlinin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Naxçıvan televiziyası-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. İstintaq üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər zəruri hərəkətlər yerinə yetirilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilərək, müxtəlif ekspertizalar təyin edilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, hər bir fakta və əmələ hüquqi qiymət veriləcək

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM