satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Baş Gömrük İdarəsində iki günlük təlimlər keçirilib - FOTOLAR

Naxçıvan Baş Gömrük İdarəsində iki günlük təlimlər keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Baş Gömrük İdarəsində iki günlük təlimlər keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Baş Gömrük İdarəsində iki günlük təlimlər keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsində “Effektiv kommunikasiya, bədən dili, etiket və davranış qaydaları, natiqlik sənəti”, eləcə də “Liderlik əsaslı idarəetmə” mövzularında təlimlər keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları iştirak etdiyi təlimin keçirilməsində məqsəd gömrük əməkdaşlarının potensialının, bilik və bacarıqlarının artırılması olub. 

Təlimin birinci günündə Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Şamo Mürşüdov “Effektiv kommunikasiya və təqdimat bacarıqları” mövzusunda təqdimatla çıxış edib. İştirakçılara effektiv ünsiyyət üçün tələb olunan alətlər barədə məlumat verilib, praktiki məşğələlər keçirilib. Eyni zamanda kommunikasiya, etiket qaydaları, özünə əminliyin artırılması, ünsiyyət məsafəsi, natiqlik sənəti mövzularında da məlumatlar verilib.

Təlimin ikinci günündə isə gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə “Liderlik əsaslı idarəetmə” mövzusunda pozitiv və neqativ liderlik, idarəetmədə mentorinq, həvəsləndirmə və tənqid qaydaları, ünsiyyətdə geri dönüş, səlahiyyətlərin ötürülməsi qaydaları, beynəlxalq təcrübədə liderlik üslubları və s. nəzəriyyələrdən bəhs edilib.

İki gün davam edən təlim prosesində gömrük əməkdaşlarını maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, test yoxlama tapşırıqları icra edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM