satellite   Azerspace-1: 11135 H 30000

Vətəndaşların seçki hüququnun təmin olunmasına həsr edilən dəyirmi masa keçirilib

Vətəndaşların seçki hüququnun təmin olunmasına həsr edilən dəyirmi masa keçirilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa təşkil edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə MSK sədri Məzahir Pənahov və Ombudsman Səbinə Əliyeva açılış nitqləri ilə çıxış ediblər.

Dəyirmi masada həmçinin “Seçki hüququnun səmərəli təminatına konstitusional və qanunvericilik imkanları" və “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” mövzularında məruzələr dinlənilib.

Tədbir sual-cavab hissəsi ilə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM