satellite   Azerspace-1: 11135 H 30000

Hande Harmancı: Azərbaycanda əhalinin sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər təqdirəlayiqdir

Hande Harmancı: Azərbaycanda əhalinin sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər təqdirəlayiqdir

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi və digər əlaqədar qurumlar qida təhlükəsizliyi məsələlərinə diqqət yetirir və əhalini potensial təhlükələrdən qorumaq üçün hər zaman tədbirlər həyata keçirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

H.Harmancı bildirib ki, son vaxtlar ABŞ-ın bəzi ştatlarında ət məhsulları ilə bağlı uşaqlar arasında xəstəliklər yayılıb və ölüm halları müşahidə edilib: “Bu xəstəliklərin səbəbi müxtəlif bakterial və ya viral infeksiyalar ola bilər. Ət məhsullarında baş verən bu xəstəliklər adətən qida ilə ötürülən xəstəliklərdir və müxtəlif bakteriyalar səbəbindən yaranır. Bu infeksiyalar yüksək temperaturda yaxşı bişirilməmiş və ya düzgün saxlanılmamış ət məhsullarından qaynaqlana bilər. Bu baxımdan, Azərbaycanda müəyyən tədbirlər həyata keçirilir. Həmin tədbirlər əhalinin sağlamlığını qorumaq üçündür. Azərbaycanda əhalinin sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər təqdirəlayiqdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM