Azərbaycan və Yunanıstan arasında Turizm sahəsində 2026-2028-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.
NTV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Afinada Yunanıstanın xarici işlər nazirinin müavini Teoharis Teoharis ilə həmsədrlik etdiyi Hökumətlərarası Komissiyanın VI iclası keçirilib: "İkitərəfli tərəfdaşlığın bütün istiqamətləri üzrə genişləndirilməsi, yeni layihə və təşəbbüslərin reallaşdırılması imkanlarını nəzərdən keçirdik".
P. Şahbazov bildirib ki, əldə olunan razılaşmalar iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
