satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTOLAR

Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Antiqua və Barbuda xarici işlər, ticarət naziri Everli Pol Çet Qrin ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Azərbaycan ilə Antiqua və Barbuda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviqinin, eləcə də BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarla məhdudlaşmayan əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslər üçün vizadan qarşılıqlı azadolma haqqında Saziş”i imzalayıblar.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı ləğvi haqqında Saziş” imzalanıb.

Qeyd olunub ki, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə, turizmin inkişafına, rəsmi səfərlərin və xalqlar arasında təmasların asanlaşdırılmasına töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM