satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov artan islamafobiyaya qarşı İƏT-nin birgə fəaliyyətinə diqqət çəkib

Ceyhun Bayramov artan islamafobiyaya qarşı İƏT-nin birgə fəaliyyətinə diqqət çəkib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) koordinasiya iclasında çıxış edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, nazir İƏT-nin yeni baş katibini təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə verdiyi dəstəyi bir daha təsdiqləyib.

O, artan regional hərbi münaqişələrdən dərin narahatlığını ifadə edərək diplomatik səylərin intensivləşdirilməsinə və qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə üçün İƏT-nin birgə fəaliyyətinə çağırış edib.

Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT sammiti üçün görülən təşkilati-hüquqi hazırlıqlar barədə məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM