satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında kommünike imzalanıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında kommünike imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Silvi Baipo-Temon ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, nazirlər Azərbaycan-Mərkəzi Afrika Respublikası arasındakı münasibətlərinin inkişaf perspektivlərini müzakirə edərək, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə və siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar.

BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış Azərbaycanın təhsil təqaüd proqramlarından yararlanmasını məmnunluqla qeyd ediblər.

Yeni diplomatik münasibətləri rəsmiləşdirmək məqsədilə nazirlər "Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünikeni" imzalayıblar.

Bildirilib ki, bu tarixi sənəd iki ölkə arasında yeni səhifə açır və qarşıdakı illərdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM