satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Omanın XİN rəhbərləri bölgədəki son hərbi eskalasiyadan narahatlıqlarını ifadə ediblər

Azərbaycan və Omanın XİN rəhbərləri bölgədəki son hərbi eskalasiyadan narahatlıqlarını ifadə ediblər

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən NTV-yə bildirilib ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə ediblər və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Deeskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa edilməsi istiqamətində diplomatik səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM