Parlament Azərbaycan ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib.
NTV xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin oktyabrın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan və Qırğız Respublikalarının dövlət başçıları tərəfindən imzalanıb.
Müqavilənin məqsədi tərəflərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdir.
Həmçinin plenar iclasda Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılıb.
Hər üç qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
