satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.

AFFA-dan NTV-yə  bildirilib ki, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.

Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM