satellite   Azerspace-1: 11135 H 30000

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında, Reunyon adasının cənubunda “kölgə donanması”na aid olduğu ehtimal edilən “DF Peak” neft tankerini saxlayıb.

NTV  xəbər verir ki, Prezident Emmanuel Makronun sözlərinə görə, əməliyyat beynəlxalq dəniz hüququna uyğun həyata keçirilib.

Makron “X” sosial şəbəkəsində bildirib ki, tanker Reunyon adasından 450 dəniz milindən çox məsafədə saxlanılıb. Gəminin saxta bayraq altında üzməkdə və yanacağın qanunsuz daşınmasında iştirak etməkdə şübhəli bilindiyi qeyd olunub. Prezident gəminin Rusiya ilə əlaqəsi barədə məlumat verməyib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro isə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü ərəfəsində “kölgə donanması”na qarşı təzyiqlərin davam etdirilməsinə çağırıb. Onun sözlərinə görə, Moskva bu gəmilərdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaq üçün istifadə edir.

Barro yaxın həftələrdə Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanmasını və bu ilin payızında Parisdə “kölgə donanması”na həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM