satellite   Azerspace-1: 11135 H 30000

Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək

Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək

Çinin “JA Solar” şirkəti Azərbaycanda iki günəş elektrik stansiyası (GES) üçün 1 GVt gücündə yüksək səmərəli "DeepBlue 4.0 Pro" fotoelektrik modullarının təchizatı haqqında saziş imzalayıb.

Bu barədə NTV şirkətin məlumatına istinadən xəbər verir.

Söhbət Neftçala və Biləsuvardakı yeni elektrik stansiyalarından gedir. Bu layihələr Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçirilir.

"Bu əlamətdar layihəyə töhfə verdiyimiz üçün qürur duyuruq. “Masdar” çoxdankı etibarlı tərəfdaşımızdır və biz onun məhsullarımıza və təcrübəmizə olan inamını yüksək qiymətləndiririk. Biz birlikdə daha "yaşıl" gələcək üçün davamlı həllər təqdim etməyə çalışırıq", - məlumatda icraçı prezident Aytsin Yanın sözləri sitat gətirilir.

“JA Solar” şirkəti qeyd edir ki, yeni GES-lər Azərbaycanın enerji balansının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinə sürətli keçid strategiyasının həyata keçirilməsində mühüm mərhələ olacaq.

Qeyd edək ki, 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyasının və 315 MVt gücündə “Neftçala” elektrik stansiyasının işə salınması gələn ilə nəzərdə tutulub. 2024-cü ilin iyun ayında “Masdar” və SOCAR Azərbaycanda ümumi gücü 1 GVt olan günəş və külək enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start veriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri 2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə bağlı sazişlər imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM