satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır. İman gətirən insanlar dialoq aparmalı, eyni masa ətrafında, eyni məkanda əyləşərək bir-biri ilə söhbət edə bilməlidirlər. Bunun yaşadığımız cəmiyyətlərə və icmalara çox böyük təsiri ola bilər.

NTV xəbər verir ki, bunu İslam Ölkələri Ravvinlər Alyansının sədri, Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini Mendel Çitrik oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyanın interaktiv müzakirəsində çıxış edərkən deyib.

Mendel Çitrik qeyd edib ki, konfranslar və görüşlər dialoqun başlanğıcıdır. Əsas məsələ bundan sonra dindar insanların öz həyatlarını və ətraflarındakı insanların həyatını yaxşılaşdırmaq üçün birlikdə necə fəaliyyət göstərə biləcəkləridir.

"Dinlərarası dialoq aparmaq üçün mütləq konfransda iştirak etmək lazım deyil. Biz bir ölkənin bərabərhüquqlu vətəndaşları kimi birlikdə yaşamalı, dinimizi tam sərbəst şəkildə icra edə bilməliyik. Bir-birimizlə üz-üzə gəlməli, səhər, günorta və axşam yeməklərində bir araya gəlməli, söhbət etməliyik. Əsl dialoq məhz belə qurulur. Yaşadığımız ölkənin inkişafına töhfə vermək də bunun bir hissəsidir. Çünki biz yaşadığımız ölkələrin vətəndaşlarıyıq", - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM