satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.

NTV xəbər verir ki, bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.

“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, - deyə paylaşımda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM