satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin xarici ticarət həcmi artır

Türkiyənin xarici ticarət həcmi artır

Türkiyənin 2026-cı ilin sentyabr ayında ixracı 25,967 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 15,3 faiz artım deməkdir.

NTV xəbər verir ki, bu barədə Statistika İnstitutu və Ticarət Nazirliyi tərəfindən oktyabrın 28-də Ankarada açıqlanan Türkiyənin xarici ticarət göstəriciləri ilə bağlı birgə hesabatda bildirilir.

Hesabata görə, 2026-cı ilin sentyabr ayında Türkiyənin idxalı 31,130 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5,6 faiz artım deməkdir.

Əvvəlki ay üçün idxal-ixrac nisbəti 2025-ci ilin sentyabrındakı 76,4 faizə qarşı 83,4 faiz təşkil edib.

Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr ayları arasında Türkiyənin ixracı 5,2 faiz artaraq 210 milyard 952 milyon dollara, idxal isə 5,3 faiz artaraq 281 milyard 919 milyon dollara çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM