satellite   Azerspace-1: 11135 H 30000

NATO yaxın illərdə də Ukraynanı dəstəkləmək niyyətindədir

NATO yaxın illərdə də Ukraynanı dəstəkləmək niyyətindədir

NATO sammitinin iştirakçıları Ukraynaya dəstək və yaxın illərdə Kiyevə hərbi yardım məsələlərini müzakirə etmək niyyətindədirlər.

NTV xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte deyib.

“Biz Ukraynaya dəstəyi və qarşıdakı illər ərzində Kiyevə hərbi yardımı müzakirə edəcəyik. Silah tədarükləri ədalətli sülhə kömək edəcək”, - deyə NATO-nun Baş katibi bildirib.

Mark Rütte Rusiyanın NATO-ya hərbi təhlükə yaratdığı, ona görə də alyansdakı bütün ölkələrin müdafiə xərclərini artırmalı olduğu tezisini bir daha təkrarlayıb. Onun sözlərinə görə, bu, alyansın hərbi xərclərini artırmaq siyasətinin yumşaldılmasını istəyən İspaniya və Belçika kimi ölkələrə də aiddir.

Bu gün Haaqada keçiriləcək sammitdə NATO liderləri alyansın hərbi xərclərinin 2035-ci ilədək ümumi daxili məhsulun beş faizinə çatdırılması barədə qərar qəbul etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM