Oman yaxınlığında Panama bayrağı altında üzən ticarət gəmisinə hücum nəticəsində yanğın baş verib.
NTV ərəb mediasına istinadla xəbər verir ki, hadisə bu gün Musəndəm sahillərindən 1,6 dəniz mili məsafəsində baş verib.
Bildirilib ki, Oman Hərbi Dəniz Qüvvələri gəminin 25 nəfərlik heyətini təxliyə edib. Təxliyə əməliyyatı Oman Dəniz Təhlükəsizliyi Mərkəzi ilə koordinasiyalı şəkildə həyata keçirilib, heyət üzvlərinə zəruri tibbi yardım göstərilib.
