satellite   Azerspace-1: 11135 H 30000

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu gün səhər saatlarında Hörmüz boğazında gəmidə partlayışlar və yanğın baş verdiyini açıqlayıb.

NTV  xəbər verir ki, kiçik qayıq vasitəsilə tankerin gövdəsinə yerləşdirilən iki partlayıcı qurğunun partlaması nəticəsində mühərrik bölməsində yanğın yaranıb və gəmi qısa müddət ərzində manevr qabiliyyətini itirib.

Bildirilib ki, ekipaj üzvlərinin vəziyyəti yaxşıdır, ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat daxil olmayıb. Yanğın söndürülüb və tanker hazırda limanlardan birinə doğru hərəkət edir.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, son vaxtlar İran xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəklədiyi cənub dəniz nəqliyyatı marşrutu boyunca gəmilərə qarşı hücumlarını intensivləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM