Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq. Müvafiq qərar İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən qəbul edilib.
NTV Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.
Təşəbbüs çərçivəsində türk xalqlarının mənəvi birliyinin və tarixi irsinin qorunmasına yönələn genişmiqyaslı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.
O cümlədən ədəbiyyat və dil məsələlərinə həsr olunan Xoca Əhməd Yəsəvi adına beynəlxalq forum, həmçinin türk və İslam dünyasının muzey işi üzrə mütəxəssislərinin görüşü təşkil ediləcək.
