satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır

Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır

Rusiya Yaxın Şərq və Asiyanın bir sıra ölkələri ilə vizaların ləğvinə hazırlaşır.

NTV TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, vətəndaşları üçün elektron vizanın əlçatan olduğu dövlətlərin siyahısı genişləndirilir və onun təkrar istifadə imkanı nəzərdən keçirilir.

"Apreldə Omanla vizaların ləğvi haqqında saziş imzaladıq. Sıradakı ölkələr İordaniya, Myanma, Bəhreyn, eləcə də Yaxın Şərq və Asiyanın bir sıra digər ölkələridir", - Reşetnikov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM