satellite   Azerspace-1: 11135 H 30000

AMB və ADB yeni layihələrin həyata keçirilməsini müzakirə edib

AMB və ADB yeni layihələrin həyata keçirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında yeni layihələrin həyata keçirilməsini müzakirə edilib.

NTV  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yinmin Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkəmizin makroiqtisadi vəziyyəti və inkişaf meyilləri, rəqəmsal texnologiyaların və yaşıl maliyyələşmənin təşviqi məsələləri, həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş prioritetləri üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, ADB ilə texniki yardım layihələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Görüşün nəticəsi olaraq tərəflər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üzrə razılığa gəlinib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM