satellite   Azerspace-1: 11135 H 30000

RF-nin ən böyük NEZ-lərinin birində PUA hücumundan sonra yanğın başlayıb

RF-nin ən böyük NEZ-lərinin birində PUA hücumundan sonra yanğın başlayıb

Rusiya Federasiyasının (RF) Nijeqorod vilayəti pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Qleb Nikitin məlumat yayıb.

Onun sözlərinə görə, gecə və səhər saatlarında region üzərində 100-dən çox dron məhv edilib, Kstovo rayonundakı sənaye müəssisəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Nikitin məhz hansı müəssisənin zərbəyə məruz qaldığını dəqiqləşdirməyib. Lakin bir sıra media orqanlarının məlumatına görə, Kstovoda yerləşən "LUKOYL-Nijeqorodnefteorqsintez" neft emalı zavodu (NEZ) hücuma məruz qalıb. İnternetdə yayımlanan videolarda güclü yanğın görünür. Ehtimal olunur ki, yanğın neftin ilkin emalı və ya mazut emalı qurğuları ərazisində baş verib.

"LUKOYL-Nijeqorodnefteorqsintez" NEZ Rusiyanın yanacaq və sürtkü materialları istehsal edən ən böyük neft emalı zavodlarından biridir. Müəssisənin gücü ildə təxminən 17 milyon ton neft və ya gündə təqribən 340 min barel təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM