satellite   Azerspace-1: 11135 H 30000

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

İran danışıqlar zamanı Hörmüz boğazının açılması planının həyata keçirilməsi müddətinin iki günə endirilməsi ilə bağlı razılıq əldə edib.

NTV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Hazırda icra müddətini iki günə endirən təkliflə bağlı razılıq əldə etmişik”, – deyə nazir qeyd edib.

A.Əraqçinin sözlərinə görə, İran Omanla birlikdə müəyyən etdiyi yeni gəmiçilik marşrutunun tanınmasını və boğazdakı digər marşrutların bağlanmasını şərt kimi irəli sürür.

Nazir vurğulayıb ki, Hörmüz boğazının İranın irəli sürdüyü şərtlər əsasında açılması Vaşinqtonla həllini tapmamış məsələlər üzrə danışıqların bərpasına zəmin yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM