satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb

Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb

Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

NTV yerli mediaya istinadən xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb.

Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır.

Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. Fabrikdə tezalışan materialların, o cümlədən rezin və kimyəvi maddələrin olması səbəbindən söndürmə işləri təxminən 4 saat davam edib.

Polis və kriminalistlər hadisənin səbəblərini araşdırmağa başlayıblar. Mütəxəssislər binanın planını, giriş və çıxışların mövcudluğunu, həmçinin yanğın təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM