satellite   Azerspace-1: 11135 H 30000

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

İranın cavab zərbələri nəticəsində Yaxın Şərqdəki ABŞ hərbi bazalarına azı 5 milyard dollar ziyan dəyib. Zədələnmiş infrastrukturun bir hissəsinin isə bərpa olunmaya biləcəyi bildirilir.

NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə və peyk görüntülərinə əsasən məlumat yayıb.

Nəşrin araşdırmasına görə, İranın hücumları nəticəsində 24 obyektdə azı 274 tikili zərər görüb. Qəzet Pentaqonun real zərərin 15 milyard dollara çata biləcəyini istisna etmədiyini yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton bəzi təmir işlərinin maliyyələşdirilməsi üçün müttəfiqləri ilə danışıqlar aparır. Bununla yanaşı, İranın zərbələrinin dəqiqliyi ABŞ rəsmiləri arasında narahatlıq doğurur.

Qeyd edək ki, qəzet ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının oktyabrın 16-dək olan dəyərini 47,1 milyard dollar qiymətləndirib. Bu məbləğə hərbi bazalara dəymiş ziyanın daxil olmadığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM