satellite   Azerspace-1: 11135 H 30000

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

“Apple” şirkəti bazar kapitallaşmasına görə yenidən dünyanın ən dəyərli şirkəti adına sahib olub.

NTV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Bununla da şirkət 4,93 trilyon dollar kapitallaşmaya malik “Nvidia”nı geridə qoyub.

“Bloomberg” bu dəyişikliyi investorların süni intellekt sahəsinə yatırımlarla bağlı narahatlıqları və “Apple” səhmlərinin daha təhlükəsiz investisiya vasitəsi kimi qəbul edilməsi ilə əlaqələndirir.

Qeyd edək ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM