satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur.

NTV xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdirir və tibbi məlumatlarını öyrənirlər.

Vurğulanıb ki, diaqnoz hələ təsdiqlənməyib. Laboratoriya tədqiqatlarının nəticələri alındıqdan sonra yekun qənaətə gəlinəcək.

Aşkarlanmış hallarla əlaqədar əhaliyə sanitariya-gigiyena tədbirlərinə riayət edilməsini gücləndirmək və səhiyyə orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM