satellite   Azerspace-1: 11135 H 30000

Almaniya DİN ölkədəki iğtişaşlara görə solçu radikalları və ekstremistləri təqsirləndirib

Almaniya DİN ölkədəki iğtişaşlara görə solçu radikalları və ekstremistləri təqsirləndirib

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt ölkədəki iğtişaşlara görə solçu radikalları və ekstremistləri təqsirləndirib.

NTV-nin məlumatına görə, nazir bu barədə fikirlərini "Bild" qəzetinə müsahibəsində səsləndirib.

"Polis əməkdaşlarımızın fədakar işi sayəsində zorakılıq hallarının qarşısı alınıb. Polis konsepsiyası - genişmiqyaslı iştirak və qüvvələrin mərkəzləşdirilməmiş şəkildə bölüşdürülməsi - təsirli olub", - Dobrindt qeyd edib.

Onun sözlərinə görə, dünənki etirazlar zorakı solçu qruplar və miqrant icmasından olan ekstremistlər iğtişaşları qızışdırana qədər nisbətən sakit olub. Nazir təqsirkarların müəyyən ediləcəyini və məsuliyyətə cəlb olunacağını vurğulayıb.

"İctimai asayişin belə bir pozulmasına sərt cəzalar verilməlidir", - o vurğulayıb.

Xatırladaq ki, Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda hökumət əleyhinə oktyabrın 31-də kütləvi etirazlar keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM