satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Rusiya və Ukraynanın dövlət başçıları səviyyəsində görüşü sülh üçün faydalı olacaq

Ərdoğan: Rusiya və Ukraynanın dövlət başçıları səviyyəsində görüşü sülh üçün faydalı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib.

Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Dövlət başçısı, həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib.

Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə yol açacağını qeyd edib.

Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra dövlət başçıları səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesi üçün faydalı olacağını və bunu ləngimədən reallaşmalı olduğunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM