satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-nin Alabama ştatında futbol matçından sonra stadion yaxınlığındakı küçələrdən birində baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, Birmingem şəhər Polis Departamenti ənənəvi “Magic City Classic” futbol matçından sonra “Legion Field” stadionunun yaxınlığında silahlı insident baş verdiyini bildirib. Hadisə stadionun yaxınlığındakı küçədə, səyyar ticarətçilərin fəaliyyət göstərdiyi ərazidə qeydə alınıb. İnsident nəticəsində bir nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

Polis hadisə yerində bir neçə odlu silahın götürüldüyünü açıqlayıb.

İnsidentlə bağlı araşdırma başlanılıb, bir nəfər saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM