satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul danışıqlarının nəticələrini Ukrayna rəsmiləri ilə müzakirə etmək üçün həftə sonunda Kiyevə səfər edəcək.

NTV  xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Fidan Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir.

Hazırda o, rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada ikigünlük səfərdədir. Dünən Rusiya Prezidenti Vladimir Putin Fidanı Kremldə qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM