satellite   Azerspace-1: 11135 H 30000

ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb

ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb

Tramp administrasiyası Amerikanın "Apple" texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb.

NTV-nin "The Wall Street Journal"a istinadən məlumatına görə, yaddaş çiplərinin çatışmazlığı "Apple" şirkətini Çin şirkətlərindən komponentlər almağı nəzərdən keçirməyə məcbur edir.

"Tramp administrasiyası bunu dəstəkləmir", - ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib. O, çip çatışmazlığını həll etməyin Amerika şirkətlərinin Çin məhsullarını alması ilə yanaşı başqa yolların da olduğunu bildirib.

Latnik qeyd edib ki, mövqe birbaşa "Apple" rəhbərliyinə çatdırılıb.

Avqustun əvvəlində "The Wall Street Journal" "Apple" şirkətinin yaddaş çipləri çatışmazlığı fonunda Çin bazarında satılan cihazlarda istifadə üçün bu ölkənin CXMT şirkətinin çiplərini sınaqdan keçirdiyini bildirib.

Şirkət həmçinin süni intellekt şirkətlərindən yüksək tələbat səbəbindən çip qiymətlərinin artması ilə izah edərək qlobal miqyasda qiymətləri artırır.

Qeyd olunur ki, Çin yaddaş çiplərinin istifadəsi "Apple" şirkətinə onların çatışmazlığını azaltmağa kömək edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM