satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının noyabrın 25-də keçiriləcək üçüncü iclasının gündəliyi açıqlanıb.

NTV xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (birinci oxunuş).

2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi (ikinci oxunuş).

3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi (ikinci oxunuş).

4. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Qanun layihəsi (ikinci oxunuş).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM