satellite   Azerspace-1: 11135 H 30000

Bu il Azərbaycana gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb

Bu il Azərbaycana gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2080,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

NTV  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,8 faizi İsrail, 3,5 faizi Pakistan, 3 faizi Özbəkistan, 2,9 faizi Çin, 2,7 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,9 faiz azalaraq 1740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,6 faizi Rusiyaya (1,9 faiz az), 13,2 faizi Gürcüstana (19,2 faiz çox), 4,9 faizi İrana (47,9 faiz az), 23,6 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM